Məsafədən satış zamanı reklam qanunvericiliyinin tələbləri
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarəti tədbirləri çərçivəsində monitorinqləri davam etdirir. Araşdırmalar zamanı bəzən məsafədən satış üsulu ilə satılan malların reklamları sahəsində qanunvericilik tələblərinin pozulması hallarına rast gəlinir. Dövlət Xidməti reklam subyektlərinə, xüsusilə də internet informasiya resurslarında yayımlanan məsafədən satış reklamları zamanı qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə edir.
Məsafədən satış nədir və hansı üsullarla icra olunur?
Məsafədən satış üsulları ilə satılan mallar dedikdə satıcı ilə alıcı arasında birbaşa təmas olmadan, alıcıya əmtəə ilə bilavasitə tanış olmaq imkanı verilmədən – kataloqlar, prospektlər, bukletlər, elektron ticarət vasitələri ilə satılan əmtəələr başa düşülür.
Məsafədən satış üsulu ilə satılan malların reklamı sahəsində qanunvericiliyin tələbləri nədən ibarətdir?
Qanunvericiliyə əsasən, məsafədən satış üsulları ilə satılan malların reklamına dair xüsusi tələblər müəyyən edilib. Bu tələblərə əsasən reklamlarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
-hüquqi şəxsin adı, ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin adı, soyadı, atasının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
-əlaqə məlumatları (telefon, faks, elektron poçt ünvanı).
Bundan əlavə, satıcı alıcı ilə müqavilə bağlamazdan əvvəl Azərbaycan Respublikasının Mülki Məcəlləsi və reklam haqqında qanunvericiliklə müəyyən olunan məlumatları alıcıya təqdim etməlidir. Əmtəələrin elektron qaydada satışı elektron ticarət haqqında qanunvericiliyin tələblərinə uyğun olmalıdır.
Reklam yayımı zamanı əmtəənin qiymətinə dair hansı məlumatlar verilməlidir?
Məsafədən satış üsulları zamanı yayımlanan reklamlarda əmtəənin endirimli qiymətlərlə satışına dair müəyyən tələblər mövcuddur. Belə ki, məsafədən satış vaxtı əmtəə endirimli qiymətlə təqdim edildikdə, reklamda endirimdən əvvəlki və sonrakı qiymətlər barədə məlumatlar əks olunmalıdır. Əmtəənin qiymət dəyişməsi barədə verilən reklam zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq bu məlumatlar göstərilməlidir:
-qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;
-qiyməti dəyişdirilən əmtəələrin siyahısı;
-qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.
Eyni zamanda, dəyişmiş qiymətin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə fərqi qeyd olunmalıdır.
Reklam sahəsində qanunvericiliyin pozulması ilə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?
Digər reklam daşıyıcılarında yayımlanan reklamlarda olduğu kimi, məsafədən satış üsulu ilə satılan malların reklamı sahəsində də qanunvericiliyin tələblərinin pozulması hallarında məsuliyyət tədbirləri nəzərdə tutulub. İstehlakçıları çaşdırmağa yönəlmiş haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları müəyyən edilib. Belə ki, haqsız rəqabətə yol verilməklə satılmış mallardan, göstərilmiş iş və xidmətlərdən əldə edilmiş gəlirin əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla 10 faizinədək, sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası nəzərdə tutulub. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə olunur.
Açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda nə etmək olar?
İstehlakçılar müxtəlif reklam daşıyıcılarında malların reklamı zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi - https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif elektron poçt - [email protected] və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)

