İsrailin pul vahidi dollar qarşısında 7,5 ilin ən aşağı səviyyəsinə düşüb
İsrail şekelinin dollara nisbətdə qiyməti son 7,5 ilin ən aşağı səviyyəsinə düşübGeosiyasi risklər fonunda bazar ertəsi ticarət zamanı dollar/şekel məzənnəsi yeddi il yarımdan çox müddətdə ən yüksək səviyyəyə qalxıb.
Marja.az-ın məlumatına görə, dollar-şekel məzənnəsi əvvəlki bağlanış səviyyəsindən 3.8388 şekeldən 1.79% artaraq 1 dollar üçün 3.9075 şekelə yüksəlib. Daha əvvəl ticarət zamanı məzənnə təxminən 2 faiz artaraq maksimum 3,923 şekel səviyyəsinə çatıb ki, bu da 2016-cı ilin fevralından bəri ən yüksək dəyərdir.
Bazar ertəsi İsrail Mərkəzi Bankı, münaqişənin şiddətləndiyi bir vaxtda bazarları dəstəkləmək üçün 30 milyard dollara qədər xarici valyuta satacağını bildirib.
Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı hərbi əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri isə Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınc" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





