Azərbaycanın milli brendi olan Technol Dubayda keçirilən beynəlxalq Avtomexanika sərgisində uğurla iştirak etdi
(®) Technol şirkəti 2-4 oktyabr 2023 tarixlərində Dubayda keçirilən Avtomexanika sərgisində uğurla iştirak etdi.
Avtomexankia sərgisi avtomobil sənayesi və aftermarket sahəsi üzrə dünyada keçirilən ən böyük tədbirlər arasında yer alır.
61 ölkədən 1938 şirkətin qatıldığı sərgidə ümumilikdə 52 min nəfər ziyarətçi qeydə alınıb. Azərbaycandan yeganə qatılan Technol şirkətinin stendi və nümayiş etdirdiyi məhsullar böyük maraqla qarşılandı. Şirkətin nümayəndə heyəti əməkdaşlıqların qurulması və xarici bazarlara məhsul ixracı istiqamətində sərgi iştirakçıları ilə danışıqlar aparıb, onlara Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya və ixrac imkanları haqqında geniş məlumat veriblər.
Artıq 7 ildir həm daxili, həm də xarici bazarlarda öz mövqeyini qoruyaraq möhkəmləndirən Technol şirkəti global satış imkanlarını daha da genişləndirməyi hədəfləyir. Bunun üçün şirkət həm istehsal gücünü, həm də məhsul portfelini genişləndirməyə davam edir.
Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İraq və bəzi Afrika ölkələrinə ixrac olunur.
Şirkətin əsas istehsalat segmentasiyası sənayə, qres yağları və müxtəlif növ qatqıları olmaq üzrə bölünmüşdür. Technol minik və yük avtomobilləri, hidravlika sistemləri, kompressor, generator yağları, kənd təsərrüfatı, müdafiə, gəmiçilik və metallurgiya sənayeləri və digər bir çox sahələri əhatə edən yüzlərlə fərqli məhsul portfelinə malikdir.
Zavod Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton, SK Lubricants, Neste kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqı və baza yağlarından istifadə edilməklə istehsal edilir.
Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilən məhsullar, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. Şirkət, istehsal etdiyi bəzi mühərrik yağ çeşidləri üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqlərini əldə edib, Amerika Neft İnsitutunun (API) müvafiq sertifikatı ilə təltif olunub.
İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO 9001 2015, ətraf mühitin idarə edilməsi üzrə ISO 14001: 2015, peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 45001: 2018 beynəlxalq standartları tətbiq olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
2 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















.jpg)
