"31,4 milyon manatlıq ziyanı dövlət büdcəsinə ödətdirmişik"
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi başlanılıb.
Marja.az Xidəmətə istinadən xəbər verir ki, əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 119 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bunlardan 68 cinayət işinin icraatına xitam verilib, 62 nəfər barəsində ittiham elan edilməklə 51 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış 68 cinayət işindən 29 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 milyon 417,7 min manat məbləğində vəsait ödənilib.
Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 4,6 milyon manat vəsait ödətdirilib. 2023-cü ilin 9 ayı ərzində ümumilikdə 31 milyon 381,1 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.
Cari ilin 9 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 125 vergi ödəyicisində 252 vergi nəzarət tədbiri həyata keçirilib, 99 vergi ödəyicisində 210 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
















.jpg)






