Nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsi ölkəmizdə 5-ci dəfə keçirilir
(®) “EY İlin İş Adamı” proqramına yenidən start verildi. Beləliklə EY şirkəti (keçmişdə Ernst & Young) Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərini “EY İlin İş Adamı” 2023-2024 müsabiqəsində iştirak etməyə dəvət edir.
“EY İlin İş Adamı” proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda lider mövqe tutan şirkətlər yarada bilmiş, cəmiyyətə müsbət təsir göstərən uğurlu kiçik və orta sahibkarlıq subyektlərinin namizədliklərini (ərizələrini) qəbul edir.
“EY İlin İş Adamı” müsabiqəsi ABB-nin səxavətli maliyyə dəstəyi sayəsində həyata keçirilir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu il “EY İlin İş Adamı” müsabiqəsinin yubiley ilidir. Artıq 5-ci ildir ki, bu layihə Azərbaycanda uğurla həyata keçirilir və ABB 5 ildir ki, ardıcıl şəkildə bu müsabiqəyə tərəfdaşlıq dəstəyi verir. “EY İlin İş Adamı” müsabiqəsi hər il daha geniş çevrədə tanınır. İldən-ilə müsabiqəyə maraq artır, bu layihə biznes mühitində yeni bir keyfiyyət və rəqabət meyarına çevrilir. Hər müsabiqədə iş adamlarımızın, yerli şirkətlərin parlaq sahibkarlıq nailiyyətlərini görmək çox xoşdur. Məmnunuq ki, cəmiyyətimiz üçün belə bir faydalı ənənənin formalaşmasında ABB olaraq biz də yaxından iştirak edirik”.
Proqramın digər sponsorları sırasında bp şirkəti və Veyseloğlu Şirkətlər Qrupu var.
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-presidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki bu proqram ölkəmizdə sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. İş adamları arasında müxtəlif müsabiqələrin keçirilməsi onları sağlam rəqabətə təşviq edir. Bu səbəbdən belə müsabiqələrin təşkili və keçirilməsinə dəstək göstərilməsi diqqətimizdədir. Yerli biznes icmasının inkişafı bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəldilmiş səyləri ilə üst-üstə düşür."
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: “Əvvəl pandemiya, sonra isə bəzi geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə əlbəttə ki, təsir etdi. “EY”ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. Əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər.”
Proqramın partnyorları sırasında Ekvita (konsaltinq) şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), İctimai televiziya, AmCham Azərbaycanın dərc etdiyi İmpact jurnalı, Finansist jurnalı və APFM var.
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
Azərbaycanda artıq 5-ci dəfədir keçirilən "EY İlin İş Adamı" müsabiqəsinin qalibi gələn ilin fevral ayında elan ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



