Gürcüstandakı Azərbaycan sərməyəli bankın rəhbərliyinə yeni təyinatlar olacaq
"PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə yeni təyinatlar davam edəcək.
Marja.az-ın məlumatına görə, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, "PAŞA Bank Gürcüstan"da pərakəndə bankçılıq üzrə rəhbər vəzifələrə yeni təyinatlar nəzərdə tutulur:
"Məqsəd pərakəndə bankçılığı diqqətdə saxlamaqdır. Yeni rəhbərlik ilə yeni strategiyanın ilin sonunadək hazırlanması planlaşdırılır."
Süleymanov əlavə edib ki, davamlı zərər edən "PAŞA Bank Gürcüstan"ın 2023-cü ili xalis mənfəətə çıxacağı gözlənilir.
Qeyd olunub ki, "PAŞA Bank Türkiyə"nin rəhbərliyində və Strategiyasında dəyişiklik yoxdur, bank korporativ bankçılıq saəsində fəaliyyətini davam etdirəcək.
Xəbər verildiyi kimi, "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin Baş direktoru Nikoloz Şurqaya işdən çıxıb.Rövşən Allahverdiyev "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi olan "PASHA Bank Georgia"nın Müşahidə Şurasına yeni sədr təyin edilib. Bundan başqa, Kəmalə Nuriyeva "PASHA Bank Georgia"nın Müşahidə Şurasının üzvü seçilib. O, bu vəzifədə Cəlal Qasımovu əvəzləyib. Bank və biznes idarəçiliyində 27 ildən artıq təcrübəsi olan K.Nuriyeva, həmçinin "PASHA Bank Georgia"nın Risklərin İdarə Edilməsi Komitəsinə üzv təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




