“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC bu gün başlayan “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2023) tədbirində “Qızıl sponsor” qismində stendlə çıxış edir.
İki gün davam edəcək “CIDC-2023” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilir.
Tədbir çərçivəsində informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələri təşkil olunacaq. Eyni zamanda “B2B” formatlı görüşlər, kiberhücumların simulyasiyası ilə “Kibermüharibə” yarışının finalı keçiriləcək.
Tədbir çərçivəsində, həmçinin Kibertəhlükəsizlik həlləri sərgisi təqdim olunur. “AzInTelecom”un sərgidəki stendində şirkətin xidmət və məhsulları barədə məlumat verilir. Qonaqlara “AzInTelecom”un bir sıra rəqəmsal məhsulları praktiki formada nümayiş olunur. Burada, həmçinin maraqlı viktorinalar keçiriləcək və fərqlənən iştirakçılara hədiyyələr veriləcək.
Bulud xidmətləri, SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom” MMC-nin stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər.
“AzInTelecom” MMC dövlət qurumları və özəl şirkətlərə informasiya resurslarını kibercinayətkarlıqla bağlı risklərdən qorumaq və preventiv addımlar atmaq üçün informasiya təhlükəsizliyi xidmətləri təklif edir.
Müştərilər “AzInTelecom”un İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, kibertəhlükəsizlik və Təhlükəsizlik Əməliyyat Mərkəzi (SOC as Service) xidmətlərindən istifadə edə bilərlər.
İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir. Kibertəhlükəsizlik xidməti çərçivəsində informasiya resurslarının, veb və mobil tətbiqlərin təhlükəsizlik yoxlanışı həyata keçirilir. Şirkətin təqdim etdiyi Təhlükəsizlik Əməliyyatları Mərkəzi xidmətlərinə isə kibertəhdidlərin vaxtında aşkarlanması, qarşısının alınması, kiberinsidentlərə ilkin reaksiyanın verilməsi və onların qarşısının alınması üçün ilkin dəstəyin göstərilməsi daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
2 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
2 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
2 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
21 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır







.jpg)




.jpg)







