Qeydiyyata düşdülər, “Azərsu” abunəçiləri artdı
Son bir ildə “Azərsu” ASC abonentlərinin sayı 4,7 faiz artıbSon bir ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 81,6 min və ya 4,7 faiz artıb.
Marja.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, 01 oktyabr 2023-cü il tarixinə ölkə üzrə 1 milyon 813 min 531 abonent içməli və tullantı su xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Onların 1741155-i və ya 96 faizini əhali, 72376-sı və ya 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 77 min və ya 4,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 4,5 min və ya 6,7 faiz artıb.
Qeyd edilib ki, abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
01 oktyabr 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 89,5 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















.jpg)
