Azərbaycanla Serbiya arasında saziş imzalanıb
7 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir İvitsa Daçiç arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı, hər iki tərəf ölkələr arasında mövcud olan əməkdaşlığın müxtəlif sahələrini və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd və istiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam və hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenlik və ərazi bütövlüyünə verdiyi dəstək bir daha vurğulanıb.
Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradılmasının vacib olduğu bildirilib.
İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, əməkdaşlığın potensial sahələrinin müəyyən edilməsi və ümumi maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Serbiyanın müvafiq orqanlarının birgə səylərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə Cənub Qaz Dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya və Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırılması məqsədilə başlanmış ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi qeyd edilib.
Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi geniş miqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən Müharibəsi və ölkəmizin Zəfər qazanmasından sonra sülh prosesi və bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, 24 saatlıq anti-terror tədbirlərini şərtləndirən amillər və suverenliyimizin tam bərpa edilməsindən sonra bölgədə yaranmış vəziyyət diqqətə çatdırılıb.
Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyin əhəmiyyəti qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sazişin imzalanma mərasimi baş tutub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Görüşlərdən sonra nazir Ceyhun Bayramov və Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiçin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Belqradın Dostluq parkında Çinar ağacları əkiblər. Daha sonra, nazir Ceyhun Bayramov və XİN-in dövlət katibi “Taşmaydan” parkında Ulu Öndərin abidəsini ziyarət edib və əklil qoyublar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 d. əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 10 d. əvvəl
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
-
41 d. əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
1 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
1 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
2 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir























