"Gələn ilin əvvəlindən satınalmalarla bağlı yeni Qanun qüvvəyə minəcək"
Təşkilatlar üzrə planlaşdırma işinin keyfiyyətinə diqqətin artırılmasını təklif edirik. Təşkilatlar üzrə planlaşmanın keyfiyyətli yanaşmasının olmaması, icra prosesində dəyişikliklərin, o cümlədən yerdəyişmələrin artımına, satınalma prosedurlarının müvafiq qaydada aparılmamasına, büdcə intizamının aşağı olmasına səbəb olur. Bu baxımdan nəticə əsaslı büdcə islahatının genişləndirilməsi dövlət maliyyəsinin idarəedilməsi sahəsində gündəmdə olan məsələlərdəndir.
Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ssöyləyib.
Büdcə layihəsində göründüyü kimi, yeni büdcə modelinin proqnozlaşdırılan xərclərinin ümumi büdcədə payı 16,4 faiz nəzərdə tutulub. Aparılan təhlillər göstərir ki, yeni büdcə modelinin keçirildiyi dövr üçün gözlənilən nəticələrə tam nail olunmayıb. “Hesab edirik ki, bu islahata sadə şəkildə tədbirlərin maliyyələşdirilməsinə imkan verən model kimi baxılmamalıdır. Sahə nazirlikləri bu islahatın fəlsəfəsini daha dərindən öyrənməyə çalışmalı, vəsaitlərin hədəflərlə uzlaşmasının təmin edilməsi sahəsində çağırışlara adekvat reaksiya verməlidirlər. Ümumiyyətlə, nəticə əsaslı büdcənin həm hüquqi bazası üzrə işlərin sürətləndirilməsini, həm də büdcə təqviminin yenilənməsini vacib hesab edirik”, - deyə Vüqar Gülməmmədov əlavə edib.
Onun sözlərinə görə, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni Qanun qüvvəyə minəcəkdir. Hazırki “Dövlət satınalmaları haqqında” Qanun 22 il qüvvədə olub. Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib. Lakin qüvvədə olan Qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmadı.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























