"Legion Finanacial" lizinq şirkətinə maya qoyulub
MMC-dən ASC-yə çevrildiyini elan etmiş "Legion Finanacial" şirkətinin nizamnamə kapitalı 814 min 900 manat artırılıb.
Marja.az xəbər verir ki, "Legion Finanacial"ın nizamnamə kapitalı 1 milyon 430 min 100 manatdan 2 milyon 245 min manata yüksəlib.
2022-ci ildə Şirkətin nizamnamə kapitalı 1 milyon 30 min manat artırılmışdı.
"Legion Finanacial" minik avtomobillərinin maliyyə lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir. 2020-ci ildən fəaliyyət göstərən, hüquqi ünvanı Bakı, yasamal rayonu, ismayılbəy Qutqaşınlı ev 36, 1-ci mərtəbə, Qapı 1 olan "LEGION FINANCIAL"ın qanuni təmsilçisi (Direktoru) Məmmədov Böyükağa Mirkamal oğludur.
2022-ci ilin sonuna olan məlumata görə, "Legion Finanacial"ın səmdarları 4 fiziki şəxs olub.
"Legion Financial" MMC 2022-ci ili 282 min 724 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 16 min 590 manat xaric mənfəət ilə bağlamışdı. Beləliklə, "Legion Financial"ın xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 17 dəfədən çox artıb.
"Legion Financial" şirkətinin cəmi gəlirləri 2021-ci ildə 19 min 275 manat ikən, 2022-ci ildə 418 min 202 manat təşkil edib (22 dəfəyə yaxın artıb).
Ötən il şirkətin lizinq portfeli 1 milyon 710 min 885 manat və ya 5,2 dəfə artaraq 31 dekabr 2022-ci il tarixində 2 milyon 119 min 679 manata çatıb. 2021-ci ilin sonunda "Legion Financial"ın lizinq portfeli 408 milyon 794 min manat olmuşdu.
Bu il “Legion Financial” MMC istiqraz yerləşdirməklə illik 15% ilə investorlardan 1 milyon manat cəlb edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
7 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
24 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır






























