Ölkədə ilk dəfə keçirilən Səhiyyə Menecmenti Zirvəsi öz işini uğurla yekunlaşdırdı! - FOTO
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)“, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı, VISA şirkətinin baş sponsorluğu ilə ölkədə ilk dəfə keçirilən Səhiyyə Menecmenti Zirvəsi 16 noyabr tarixində “Baku Marriott Hotel Boulevard”da baş tutub.
Tədbirdə “Fərq Yaradır” konsept mesajı ilə “Səhiyyədə Dövlət və Özəl Sektor Tərəfdaşlığı”, “Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma” və “Səhiyyədə Strateji İdarəetmə” panelləri üzrə 3 moderator, 15-dək spiker və 3 məruzəçi bir araya gələrək sahə üzrə əldə edilən təcrübələrin mübadiləsini həyata keçirib.
Səhiyyə Menecmenti Zirvəsi tədbiri ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Tədbir Sağlam Ailə Tibb Mərkəzlərinin baş direktoru Vüqar Eyvazov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Siyasəti və Tənzimlənməsi şöbəsinin Lisenziyalaşdırma sektorunun müdiri Xalid Balakişiyev, İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyinin- Tibbi Planlama departementinin rəhbəri Hikmət İbrahimli və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun açılış nitqləri ilə davam edib.
Sağlam Ailə Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmlinin moderatorluğunu icra etdiyi “Səhiyyədə Dövlət və Özəl Tərəfdaşlığı” panelində Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək Damar Xəstəxanasının Baş həkimi Mehmet Ali Özatik, “Yeni Klinika”nın direktoru Barat Yusubov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Rəis müavini Nabil Seyidov, İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-Özəl Tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət qızı və TƏBİB-in Proseslərin Optimallaşdırılması şöbəsinin rəhbəri Ziya Məmmədzadə öz təcrübələrini bölüşüblər.
"Səhiyyədə Strateji İdarəetmə" paneli TƏBİB Strateji İnkişaf departamentinin rəhbəri Murad Mirzəyevin moderatorluğu ilə baş tutdu. İzmir Bakırçay Universitetinin Səhiyyənin İdarəedilməsi Departamentinin Tibb üzrə fəlsəfə doktoru Seda Kumru, Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək Damar Cərrahiyəsi Klinikasının Baş həkim müavini, keyfiyyət və akkredetasiya baş yoxlayıcısı İlhan Aydın, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, “Modern Hospital”ın icraçı direktoru Ravil Tağıyev və TƏBİB-in layihələrin idarəolunması şöbəsinin rəhbəri Fəqan Həsənzadə çıxış ediblər.
"Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma" paneli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Hökumət layihələrinin və məhsullarının idarəolunması departamentinin rəhbəri Elnur Məmmədli moderatorluğu ilə davam etdi. Panel zamanı Adam.az platformasının təsisçi və icraçı direktoru Ülvi Mirzəyev və TƏBİB-in Data analitika şöbəsinin rəhbəri Kamran Qasımov, Genext Healthcare Solution şirkətinin təsisçisi Merve Sarikaya Can və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev panelin spikerləri olmuşdur.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sevinc Alızadə tədbirin məruzəçiləri qismində çıxıb ediblər.
Zirvə haqqında ətraflı məlumatı www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür.
Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, "Medsol" MMC, BeIT&Partners, "İmego", "BTL" şirkətlərinin sponsorluğu, “Başkent” restoranlar şəbəkəsinin və Dayaq Patronaj Xidmətinin dəstəyilə keçirilmişdir.
Facebook: https://www.facebook.com/hmsbaku
Instagram: https://www.instagram.com/hmsbaku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
8 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
10 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)

