“SİMA İmza” ilə kredit alanlara “Bank VTB”dən 1%-dək endirim!
“SİMA İmza” vasitəsilə iş yerini tərk etmədən 15 min manatadək mikrokredit ala bilərsiniz.(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
“SİMA İmza”nın fərdi sahibkar həllinin növbəti tərəfdaşı “Bank VTB” (Azərbaycan) olub.
Tərəfdaşlığa əsasən, sahibkarlar və vətəndaşlar “SİMA İmza” vasitəsilə banka getmədən, hətta qeyri-iş saatlarında belə, kredit üçün müraciət edə bilərlər. Təklifdən yararlanmaq üçün https://www.vtb.az saytına daxil olub fərdi və ya mikrokredit üçün müraciət edərkən sənədləri “SİMA İmza” ilə imzalamaq kifayətdir. Müraciət təsdiqləndikdən sonra vəsait müştərinin hesabına köçürülür.
“Bank VTB” xüsusilə sahibkarlar üçün SİMA rəqəmsal imza ilə geniş imkanlar təqdim edir. Belə ki, sahibkarlar “SİMA İmza” vasitəsilə iş yerini tərk etmədən 15 min manatadək mikrokredit ala bilərlər. Bundan başqa, vətəndaşlar “SİMA İmza” ilə 40 min manatadək krediti güzəştli faizlə əldə edə bilərlər. “SİMA İmza” ilə kredit müraciəti edən müştərilər üçün əlavə olaraq 1 faizə qədər güzəşt tətbiq olunur.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
“Bank VTB” (Azərbaycan) məhsulları haqqında məlumatı www.vtb.az saytından və ya 986 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)




.jpg)




.jpg)







