ADY-nin Biləcəri çeşidləmə təpəsi 60 il sonra yenidən qurulur
Əməliyyatların səmərəliliyi və təhlükəsizliyinə xüsusi önəm verən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) həyata keçirdiyi xidmətləri təkmilləşdirir.
ADY-nin yaydığı məlumatda bildirilir ki, təhlükəsiz, etibarlı və dayanıqlı yükdaşıma fəaliyyətinin təşkili üçün 1960-cı illərdə qurulmuş və istismar müddəti bitmiş çeşidləmə təpəsində qatarların təhlükəsiz hərəkətini tam təmin etmək məqsədilə əsaslı təmirə başlanılıb.
Yenidənqurma işləri çərçivəsində 4 km-ə yaxın yol yenidən qoyulacaq, torpaq yatağı təkrar işlənəcək, kommunikasiya qurğuları müasirləşdiriləcək.
Yükdaşımaların fasiləsizliyini təmin etmək üçün tikinti işləri mərhələli şəkildə aparılır və qarşıya qoyulmuş planın aprel ayına qədər həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycana daxil olan tranzit yüklər istisna olmaqla bütün vaqonların çeşidləndiyi Biləcəri çeşidləmə təpəsi ADY-nin mühüm strateji obyektlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
8 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb



















.jpg)






