“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi
Məlumat verildiyi kimi, “PAŞA Holding” “InMerge İnnovasiya Sammiti”ni təşkil edir. Dünən – 30 noyabr sammitin ilk günü baş tutub.
Tədbirin açılışı zamanı “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov tədbir iştirakçılarını salamlayıb, sammitin təşkil edilməsində əsas məqsədi, eləcə də bu sammitin ölkəmiz və region üçün önəmi barədə danışıb.
“Ölkəmizdə və regionda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərimizdəndir. Düşünürəm ki, hazırkı sammit bu hədəfə çatmağa böyük töhfə verəcək” – “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Belə ki, cari sammit texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq, ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək məqsədini daşıyır.
Tədbirin ilk günü çərçivəsində sammitin açılışı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan da səhnədə idilər. Onların çıxışının ardınca isə hamını həyəcanlandıran təqdimat baş tutdu və Steve Wozniak gələn hər kəsi salamladı. O, öz çıxışı zamanı məktəb vaxtlarındakı mühəndislik uğurlarına, Steve Jobs ilə tanışlığına, həmçinin “Apple”ın ilk günlərindən hekayələrə yer verdi.
Bunlarla yanaşı, “PAŞA Holding” dünyanın müxtəlif ölkələrindən iştirakçıları maliyyə texnologiyaları və telekommunikasiya vertikallarında, eləcə də təlimlərdə bir yerə toplayıb. Sammit çərçivəsində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması olub. Memorandumu “PAŞA Holdinq”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, “SOCAR”ın vitse-prezidenti Kənan Nəcəfov imzalayıblar.
Qeyd edək ki, bu gün regionun ən böyük innovasiyalar sammitinin ikinci günü keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















.jpg)
