Rusiyanın artan yumurta təlabatının ödənilməsi üçün Bakıda görüş
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və "Rosselxoznadzor" arasında əldə edilmiş razılaşmaya görə Azərbaycandan Rusiyaya yumurta ixrac olunmalıdır. Rusiyada yumurta qıtlığı yaranıb, qiymətlər qalxıb. Ölkə qıtlığın aradan qaldırılması üçün Azərbaycandan da yumura almağı planlaşdırır. Bu çərçivədə Bakıda Azərbaycanda yumurta istehsalı və ixracı ilə məşğul olan sahibkarlar ilə görüş keçirilib.Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub.
Marja xəbər verir ki, görüşdə Agentlik sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, Agentliyin şöbə müdirləri və sahibkarlar iştirak edib.
Müzakirə zamanı xarici ölkələrə yumurta ixracı sahəsindəki vəziyyət bir daha nəzərdən keçirilib. Həmçinin AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilən razılaşmaya uyğun olaraq, respublikamızdan bu ölkəyə yumurta ixracının təşkil edilməsi ilə əlaqədar məsələlər müzakirə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılıb. Eyni zamanda bu sahədə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib. Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
AQTA iddia edir ki, "Rosselxoznadzor" və AQTA arasında əldə edilmiş razılaşma Rusiya Federasiyasına yumurta məhsulu ixracı baxımından böyük iqtisadi imkanlar yaradacaq, təsərrüfatların genişlənməsinə və daha da inkişafına gətirib çıxaracaq.
Agentlik bundan sonra da Azərbaycan istehsalçılarının xarici ölkələrə çıxış imkanlarına dəstəyini əsirgəməyəcək və ixrac potensiallı yerli biznesin, sahibkarlığın inkişafı üçün səylərini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















