Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!
(®) TuranBank Visa kart sahibləri artıq Apple Pay vasitəsilə ödənişləri tam təhlükəsiz şəkildə edə bilərlər. Belə ki, bu gündən Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, POS-terminal düymələrinə toxunmadan və ya nağd pula ehtiyac olmadan ödəniş edəcəklər. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.
Ödənişi həyata keçirmək üçün müştərinin iPhone telefonunu və ya Apple Watch saatını POS-terminala yaxınlaşdırması kifayətdir. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı şəkildə qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmadan ödənişlər etmək mümkündür.
TuranBank Visa kartını Apple Pay-də aktivləşdirmək çox asandır. Sadəcə TuranBank tətbiqinə daxil olub, kartı seçib “Add to wallet” düyməsini sıxdıqdan sonra, istifadə qaydalarını qaydalarını qəbul etmək TuranBank kredit və ya debet kartınızı əlavə etməyiniz üçün kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Həmçinin, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər.
Qeyd edək ki, TuranBank, Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün kampaniyaya start verib. Belə ki, Apple Pay xidmətinə qoşulmuş TuranBank Visa kart sahibləri ilk ödənişdə 5 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, minimum ödəniş məbləğı 10 azn təşkil edir. Kampaniya 7 dekabr 2023 – 7 yanvar 2024-cü il tarixlərini əhatə edir. Bundan sonra da Apple Pay istifadəçiləri TuranBank-ın təklif etdiyi keşbek və endirimlərdən faydalanmağa davam edə biləcəklər.
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsas üstünlüklərindəndir. Apple Pay-ə əlavə etdiyiniz kredit və ya debet kartınızın məlumatları cihazınızda və ya Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilirək şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz Element” çipində əminliklə saxlanılır. Apple Pay haqqında ətraflı məlumat üçün: https://www.apple.com/apple-pay
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin daha da genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirən Bank şəhər və regionlarda yeni filial və şöbələrin açılması istiqamətində işlərini davam etdirəcəkdir.
TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)






.jpg)






