Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır
“Naxçıvan Dəmir Yolları” 1 yanvar 2024-cü il tarixdən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyətini müvəqqəti dayandıracaq.
Bu barədə “Naxçıvan Dəmir Yolları” MMC tərəfindən məlumat verilib.
Məlumatda deyilir:
"Son dövrlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ölkəmizdə dəmir yolları sahəsində aparılan əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri davam etdirilir. Dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçirilir. Görülən tədbirlərin davamı kimi, yüklərin zamanında və tam təhlükəsiz mənzil başına çatdırılması, eləcə də sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturunun möhkəmləndirilməsi və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulması ilə əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC olaraq nəzərinizə çatdırırıq ki, 01 yanvar 2024-cü il tarixdən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyəti müvəqqəti dayandırılacaqdır".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 15 d. əvvəl
-
20 d. əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
26 d. əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
35 d. əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?






















