Göygöl Şərab Zavodu 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində iştirak edib - FOTOLAR
(®) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə Bakı İdman Sarayında 2023-cü ilin 7-9 dekabr tarixlərində “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” keçirilmişdir.
Ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın şirkət tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat materialları, tekstil məhsulları, eləcə də müasir avadanlıqları və texnologiyaları nümayiş olunmuşdur. Sərginin keçirilməsində məqsəd yerli məhsulların alınmasını təşviq etmək, onları geniş alıcı auditoriyasına tanıtmaq, yerli məhsulların ixrac potensialını yüksəltməkdir.
Göygöl Şərab Zavodu da bu sərgidə iştirak edərək, qabaqcıl texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli şərab, araq, konyak və şampan məhsullarını təqdim etmişdir. Sərgiyə gələn qonaqlara zavodun məhsulları barədə ətraflı məlumat verilmiş, qonaqların maraq dairəsinə uyğun olaraq istehsal prosesi və texnologiyası haqqında ətraflı məlumatlar təqdim edilmişdir. Göygöl Şərab Zavodu yerli istehsalı təşviq edən bu cür sərgilərin ölkədə keçirilməsini hər zaman dəstəkləyir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi adı altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabı müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



