“GL Ltd” şirkətində direktor təyinatı
“GL Ltd”-nin İnsan Resursları və Təlim və İnkişaf üzrə vitse-prezidenti Fəridə Ağayeva 7 yanvar 2024-cü il tarixindən etibarən İnsan resursları üzrə baş direktor vəzifəsinə təyin edilir.
Bu barədə Marja.az “GL Ltd” şirkətinə istinadən xəbər verir.
"Bu qərar, şirkətimizdə strateji İnsan resurslarının beynəlxalq təcrübəyə əsaslanaraq qurulması və gələcək istedadlara olan ehtiyacların təmin edilməsi üzrə öhdəliyimizin bariz nümunəsidir. Fəridə xanım yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin Baş icraçı direktorunun tabeliyində fəaliyyət göstərməyə davam edəcəkdir",- Şirkətin məlumatında bildirilir.
Azərbaycanın ilk özəl enerji şirkəti "GL" Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
13 d. əvvəl
"İranda yeni və daha məntiqli bir rejimlə ciddi danışıqlar aparıqıq, böyük irəliləyiş əldə olunub"
-
2 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
4 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
4 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İranda yeni və daha məntiqli bir rejimlə ciddi danışıqlar aparıqıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Ən çox oxunanlar
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb






















