Dollar ilə bağlı kritik məlumatlar açıqlandı - Yenilənib
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.
“Marja” xəbər verir ki, İyul ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 209 min məşğulluq yaradıb. Məşğulluqda artımın 183 min olacağı gözlənirdi. Məşğulluğun İyunda 222 min artdığı açıqlanmışdı. Beləliklə artım proqnozu üstələyib.
İyulda ABŞ-da işsizlik göstəricisi 4,3%-ə düşüb. İqtisadçılar da işsizliyin 4,3% olacağını gözləyirdilər. İyulda ABŞ-da işsizlik 4,4% təşkil etmişdi.
Orta saatlıq maaş aylıq 0.3% ilə proqnoza (0,3%) paralel artarkən, illik artım 2.5% olub. Gözlənti illik 2.4% artım idi.
Əmək ehtiyatlarına qatılma nisbəti 62.8%-dən 62.9%-ə yüksəlib. İşçi qüvvəsi (əmək ehtiyatları) işləyənlərin və işzilərin cəmidir. Əmək ehtiyatlarının cəminin əhaliyə nisbəti (xüsusi çəkisi) əmək ehtiyatlarına qatılma nisbətini göstərir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
İyun ayına dair kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 222 mindən 231 minə, May göstəricisi isə 152 mindən 145 minə dəyişdirilib. Emal, təhsil və səhiyyə sektorunda işə qəbullar 5 ayın zirvəsinə yüksəlib.
DOLLAR BAHALAŞDI
ABŞ-da məşğulluğun proqnozdan çox artması Dolları bahalaşdırıb. Bakı vaxtı ilə saat 19:10-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1 %-ə yaxın düşərək 1.1759 səviyyəsinədək enib.
Bu gün açıqlanan rəqəmlərin, Fed-in pul siyasətinə təsir edə biləcəyi qeyd olunur. Fed rəsmiləri 4.5 trilyon dollara çatan balansı azaltmağa başlayacaqları və bu il bir dəfə faiz artıracaqlarının siqnalını vermişdilər.
Ötən 6 ayda ortalama məşğulluq rəqəmi 179 min olub, bu da 2016-dakı 187 minlik orta rəqəmdən aşağıdır..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
40 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
41 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)










.jpg)








