"PAŞA Bank"dan kredit reytinqinin yüksəldilməsilə bağlı açıqlama
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bankların və qeyri-maliyyə institutlarının kredit reytinqinə dair hazırladığı hesabatın nəticələrini açıqlayıb.
"PAŞA Bank"ın yaydığı məlumatda bildirilir ki, 20 dekabr 2023-cü il tarixində agentlik Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın reytinqini yenidən qiymətləndirərək, emitentin uzunmüddətli reytinqini "B+" səviyyəsindən "BB-" səviyyəsinə yüksəldib, reytinqin proqnozunu isə "sabit" kimi qiymətləndirib.
Reytinqin yüksəldilməsi "PAŞA Bank"ın kredit profilinin güclənməsi, aktivlərinin keyfiyyətinin inkişafı, sabit maliyyələşmə bazası, artan gəlirlilik və kapital müşahidələrindən irəli gəlir.
Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.
"PAŞA Bank"ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyevin sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə kredit reytinqinin yüksəldilməsi Bankın bu il ərzində əldə etdiyi mühüm nailiyyətlərdən biridir.
"Öz müştərilərinin biznes ehtiyaclarını hərtərəfli qarşılamaq məqsədi ilə "PAŞA Bank" 2023-cü ildə innovativ məhsulların bazara təqdim edilməsinə, korporativ və risk idarəetməsinə, İT infrastrukturunun genişləndirilməsinə və başqa sahələrə böyük həcmdə sərmayələr yatırmağa davam etmişdir. Hesab edirəm ki, “S&P Global Ratings” tərəfindən reytinqimizin "BB-" səviyyəsinə kimi yüksəldilməsi "PAŞA Bank"da tətbiq edilən biznes yanaşmasının uğurunun mühüm bir göstəricisidir. "PAŞA Bank" dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq, 2024-2026 illəri əhatə edən İnkişaf Strategiyasında da Azərbaycan iqtisadiyyatının şəxaləndirilməsinə və qeyri-neft seqmentinin inkişafına öz töhfəsini verməyə davam etməyi hədəfləyir", - deyə, B. Nağıyev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








