“Yapı Kredi Bank Azərbaycan” QSC 24 yaşını qeyd edir!
(®) 2000-ci ilin yanvar ayının 11-də Azərbaycan Mərkəzi Bankının lisenziyası ilə fəaliyyətə başlayan, Yapı Kredi Bank Azərbaycan 24 illik fəaliyyət müddəti boyunca Azərbaycanın bank sektorunda etibarlı bank imici formalaşdırmaqla yanaşı, müştəri məmnuniyyətinin təmin edilməsi və onların maliyyə təcrübələrini təkmilləşdirməkdə daima yeniliklərə və iradəli addımlara fokuslanaraq, fəaliyyət göstərməkdədir.
Əsas səhmdarı olan Yapı Kredi A.Ş.-nin təcrübəsi və Azərbaycandakı davamlı fəaliyyəti ilə Yapı Kredi Bank Azərbaycan olaraq ölkəmizin korporativ, ticarət və pərakəndə bankçılıq bazarında əhəmiyyətli mövqeyə sahib olmağı bacarmışıq.
Fəaliyyətə başladığımız gündən, Yapı Kredi Bank Azərbaycan pərakəndə və korporativ müştərilərə geniş çeşiddə xidmətlər təklif edən etibarlı maliyyə institutu kimi öz nüfuzunu möhkəmlətmişdir. İnnovasiyalara və texnoloji tərəqqiyə sadiqliyimiz bizə müasir müştərinin gözləntilərini səmərəli şəkildə qarşılamağa və maliyyə xidmətləri bazarında dinamik inkişaf etməyə imkan verdi. Buna nümunə olaraq, İnternet bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ, təhlükəsiz istifadəsini və 24/7 fəaliyyət göstərən Çağrı Mərkəzini göstərmək olar.
Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq, həmişə sosial məsələlərə həssas yanaşmasını davam etdirir. Son illərdə bank, öz sosial fəaliyyəti çərçivəsində özünüməşğulluq layihəsinə dəstək verərək, həssas əhali qruplarına, aztəminatlı ailələrə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğalından azad edilməsində iştirak etmiş qazi və şəhid ailələrinə bütün lazımi avadanlıqlarla təchiz ederək kiçik bizneslərini qurmağa imkan yaratmışdır.
Azərbaycanda ISO 14001:2015 sertifikatına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görməkdədir. Bu, bankın əsas məqsədləri arasında yer alır və ətraf mühitə olan təsirini minimum səviyyəyə endirmək üçün ciddi addımlar atılmasını nəzərə alır. Həmçinin, bankımız dayanıqlı və sosial məsuliyyətli biznesləri bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact) Sazişinə də qoşulub.
Yapı Kredi Bank Azərbaycan olaraq, 24 yaşımız münasibəti ilə müştərilərimizə, tərəfdaşlarımıza və əməkdaşlarımıza göstərdikləri davamlı dəstəyə, fədakarlığa və uğurlu töhfələrinə görə təşəkkür edirik.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
-
3 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 24 d. əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“Günaydın” restoranı yeni filialını açır
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib







.jpg)






.jpg)





