TuranBank 2023-cü ilin yekun nəticələrini elan edib
Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2023-cü ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2023-cü ilin yekunlarına görə TuranBank-ın cəmi aktivləri 822.8 mln. manata çatıb.
Bankın müştərilərə verilmiş kreditləri 14.7% və ya 80.9 mln. manat artaraq 629.4 mln. manat olub, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 17.1% və ya 53.8 mln. manat artaraq 367.6 mln. manat təşkil edib. Bankın depozit portfelinin həcmində də artım müşahidə olunub. Belə ki, 2023-cü ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 29.6 mln. manat artaraq 458.9 mln. manat, fiziki şəxslərin depozitləri isə 20.3% və ya 66.7 mln. manat artaraq 394.6 mln. manat təşkil edib.
Bildirilib ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
İl ərzində TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.
Hesabat dövründə TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq iki yeni satış nöqtəsini - Fəvvarələr Şöbəsi və Qaradağ filialını fərdi və korporativ müştərilərin istifadəsinə verib. Bundan başqa, TuranBank rəqəmsallaşmanın genişlənməsi istiqamətində addımlar ataraq məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirib. Belə ki, 2023-cü il ərzində Bank mobil əlavəsi üzərindən “Apple Pay”, “Google Pay”, “TezÖdə”, “Zolotaya Korona”, “Ölkəxarici pul köçürmələri”, “ƏDV geri al”, “ PIN kodu özün təyin et” kimi xidmətləri müştərilərin ixtiyarına verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 2 gün sonra
-
1 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 saat sonra
- 7 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!


















