Azərbaycanın iqtisadi artım sürətində sıçrayış baş verib
İqtisadi artım tempi 1,1 faizdən 5 faizə sürətlənib.2024-cü ilin yanvar ayında ölkədə 9 milyard 131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dpvlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artmışdır.
ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olmuşdur.
Qeyd edək ki, 2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
SƏNAYE İSTEHSALI
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artmışdır.
Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 41,0 faiz, mebel istehsalı 40,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35,0 faiz, tikinti materiallarının istehsalı 34,5 faiz, tütün məmulatlarının istehsalı 28,3 faiz, geyim istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 24,9 faiz, hazır metal məmulatlarının istehsalı 18,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,0 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, içkilərin istehsalı 6,3 faiz artmış, poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, sair sənaye məhsullarının istehsalı 13,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,0 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artmışdır.
İNVESTİSİYALAR
2024-cü ilin yanvar ayında əsas kapitala 1 milyard 553 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5 faizi məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4 faizi) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 284,3 milyon manatını və ya 82,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 167,7 milyon manatı və ya 75,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır

























