ABŞ-ın 7 ən böyük şirkəti barədə xəbərdarlıq
Almaniyanın nəhəng bankı "Deutsche Bank", ABŞ-ın 7 ən böyük şirkətinin hazırda makroiqtisadi bir fenomenə çevrildiyini və bu "yeddilik qrup"un bütün aktiv siniflərinə mümkün təsirləri olduğu barədə xəbərdarlıq edib.
Marja.az-ın məlumatına görə, "Deutsche Bank"ın dərc etdiyi hesabatda ABŞ-ın "Möhtəşəm 7-lik" (Magnificent 7) adlanan 7 ən böyük şirkətinin bazar dəyəri baxımından böyüklüyünə diqqət çəkilib, bu şirkətlər qrupunun təsirlərinin hazırda makroiqtisadi səviyyəyə çatdığı qeyd edilib.
Hesabatda, bu il bazarda müşahidə edilən güclü performansın əksəriyyətinin bir neçə böyük səhmlə bağlı olduğu, bunun investorlar üçün yeni bir xəbər olmadığı, lakin bu 7 şirkətin S&P 500 İndeksinə nə dərəcədə təsir etdiyinin daha dərin araşdırılması lazım olduğu qeyd edilib. Hətta bu vəziyyətin makroiqtisadi fenomenə çevrilə biləcəyi vurğulanıb.
"Möhtəşəm 7" adlanan Apple, Alphabet, Amazon, Meta, Microsoft, Nvidia və Tesla səhmləri 2023-cü ili güclü şəkildə başa vurduqdan sonra bu il S&P 500-ü 5 faizdən çox artıran əsas qüvvə olub. Xüsusilə, süni intellekt sahəsində investorların çılğınlığı, çip istehsalçısı Nvidia və Meta kimi süni intellektlə güclü məşğul olan texnologiya şirkətlərinə bir neçə həftə ərzində ikirəqəmli faiz artımına nail olmağa kömək edib.
Oxşar vəziyyət sonuncu dəfə "Böyük Depressiya"dan əvvəl görülüb
Bank qeyd edib ki, bu səhmlərin bazar dəyəri S&P-dəki digər 493 şirkətdən daha sürətli artıb və indeksdə 7 şirkətin təmərküzləşməsi (xüsusi çəkisinin artması) baş verir. "Deutsche Bank"ın strateqi Cim Reidin sözlərinə görə, bu qədər az sayda səhmlərin belə bir dəyərə və xüsusi çəkiyə malik olduğu bir dövrü görmək üçün geriyə - 1929-cu il böhranına baxmaq lazımdır.
Reid qeyd edir ki, bu səviyyələrdə birja təmərküzləşməsi anomaliyadan (normadan kənara çıxma) daha çox şeydir: bu bir neçə şirkətin taleyinin ümumi etibara və bazara nə qədər təsir etdiyini nəzərə alsaq, makroiqtisadi qiymətləndirmə tələb edir.
"Deutsche Bank"ın strateqi bildirib: "Möhtəşəm Yeddilik" səhmlərinin son aylar və hətta illərdəki performansının makro mühitə böyük təsir göstərdiyinə şübhə yoxdur. Onların bazar üstünlüyü olmasaydı, ABŞ fond bazarı və qlobal inam çox fərqli görünərdi. Öz növbəsində, onların gələcək performansı, ehtimal ki, qlobal aktivlərin əksəriyyətinə müəyyən dərəcədə və ya bəlkə də böyük ölçüdə təsir göstərəcək."
Bank, "Magnificent 7"nin ümumi bazar dəyərinin dünyanın ikinci ən böyük milli fond bazarını yarada biləcəyini və iqtisadiyyatının həcminə görə 4-cü yerdə olan Yaponiyadan iki dəfə böyük olduğunu vurğulayıb.
Artım FED-in mümkün faiz endirimi ilə davam edə bilər
Bundan əlavə, ekspertlər, FED-in bu il faiz dərəcələrini aşağı salması ilə "Möhtəşəm 7"nin çəkisinin daha da arta biləcəyini və bunun da birja qrupunu daha da diqqət mərkəzində saxlaya biləcəyini vurğulayırlar.
İstiqraz gəlirləri aşağı düşdükdə birjaya meylin daha yüksək olduğunu vurğulayan bank, FED-in faiz artımında zirvəyə çatdığını və 2008-09-cu il maliyyə böhranından bəri 10 illik ABŞ istiqrazlarının gəlirliliyinin ən yüksək səviyyəsinə yüksəldiyini bildirib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı aylarda faiz dərəcələrini aşağı salması ilə istiqraz faizlərində azalma gözlənildiyini qeyd edib.
Böyümə və gələcək illərdə daya yüksək qazanc proqnozlarına görə, "Möhtəşəm 7"nin bazar dəyərini daha da artıra bilər.
"Deutsche Bank" hesabatında "Möhtəşəm 7"nin davamlı böyüməsini dəstəkləyən və ya ona mənfi təsir edə biləcək bir sıra amilləri də müəyyən edib. Birinci qrupa nikbinlik daxildir ki, bu səhmlər qrupunun qlobal əhatə dairəsi və yüksək innovasiya gücü var, onların qazancı artıq bir çox böyük ölkələrin gəlirlərini üstələyir, ABŞ-ın dəstəyinə malikdir və süni intellekt hələ başlanğıc mərhələsindədir. İkinci qrupa “Böyük Texnologiya”ya qarşı tənzimləyici addımlar və süni intellektə qarşı ictimai nəzarət, geosiyasi risklər və "Möhtəşəm Yeddiliyə" qarşı dönə biləcək sürətli texnologiya dəyişiklikləri ilə bağlı bədbinlik daxildir.
Həmçinin oxu
GAC markası Azərbaycan bazarına daxil olduMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
8 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
8 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















