Avropada "zəhərli yumurta" böhranı
Avropada həşərat dərmanlı yumurta böhranı yaşanır.
Yumurtalarda bu ilin iyun ayında böcək dərmanı müəyyən etmələrinə baxmayaraq, bunu Avropa Birliyi Komissiyasına bildirməməkdə günahlandıran Belçikanın kənd təsərrüfatı naziri Denis Ducarme, zəhərli yumurtalardan Hollandiyalı rəsmilərin və Avropa Birliyi Komissiyası komissarının daha əvvəldən xəbərdar olduğunu söyləyib.
Belçikanın kənd təsərrüfatı naziri Denis Ducarme, Hollandiya rəsmilərinin yumurtalarda böcək dərmanı olduğunu 2016-cı ilin Noyabr ayında müəyyən etdiyini, ancaq bu barədə Avropalı müttəfiqlərinə məlumat vermədiyini söyləyib.
Belçika federal məclisində danışan Ducarme, Belçika Ərzaq Agentliyinin Hollandiyanın noyabr ayında yumurtalarda fipronil adlı böcək dərmanını tapdığına dair rəsmi sənədi ələ keçirdiyini iddia edib.
Hollandiya rəsmilərinin məsələyə dair heç bir rəsmi açıqlama vermədiyini bildirən Ducarme, o dövrdə Hollandiya ilə danışıqlar apardığını və AB Komissiyasının kənd təsərrüfatı üzrə komissarı ilə əlaqə yaratdığını bildirib. Ducarme, AB Komissiyası komissarının da mövzuya dair məlumatı olduğunu deyib.
Digər tərəfdən belçikalı rəsmilər, yumurtalarda iyun ayında böcək dərmanı müəyyən etmələrinə baxmayaraq, AB Komissiyasına 20 İyula qədər məlumat verməməkdə günahlandırılır.
Belçika Ərzaq Agentliyi rəsmiləri bunu təsdiqləyir, amma istintaqın sirrini təminat altına almaq məqsədilə əlavə məlumat verməkdən çəkinir.
Almaniya, Hollandiya və Belçikada baş verən həşərat dərmanlı yumurta böhranı, ixrac vasitəsilə İngiltərə, İsveç, İsveçrə və Fransaya da sıçrayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















