Azərbaycanda xüsusi gömrük proseduru: rüsumlar və vergilər ödənilmir - MÜSAHİBƏ
İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev daxildə emal xüsusi gömrük proseduru barədə mediaya müsahibə verib. Marja.az müsahibəni təqdim edir.
- Bəxtiyar müəllim, daxildə emal xüsusi gömrük proseduru nədir və bu prosedur sahibkarlara nə verir?
- Daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə ölkəmizin ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV ödənmədən gətirilməsindən ibarətdir. Azərbaycanda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmir və emal məqsədilə həyata keçirilir. Bu da öz növbəsində emal və xidmət sektorunun inkişafı, ixrac fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır.
“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın tətbiqinin sahibkarlar üçün faydaları çoxdur. Burada dövlətin əsas hədəflərindən biri daxildə emal gömrük prosedurunun hesabına ixracı artırmaqdır. Prosedur biznes subyektlərinin ixrac imkanlarını xeyli dərəcədə artırır. Sahibkarlar xammalı özlərinin sərbəst seçimləri əsasında müxtəlif ölkələrdən ƏDV və gömrük rüsumu ödəmədən idxal edə bilirlər. Sonrakı mərhələdə isə onlar emal etdikləri məhsulları artıq rəqabətədavamlı qiymətlərlə digər ölkələrə ixrac edirlər. Prosedurun tətbiqi ilə sahibkarlar, həmçinin beynəlxalq tenderlərdə də daha rəqabətqabiliyyətli çıxış etmək imkanı qazanırlar.
- Bilirik ki, 2022-ci ildə və ötən il malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına müəyyən dəyişikliklər edildi. Bu, öz növbəsində, hansı müsbət dəyişikliklərə səbəb olub?
Qeyd etdiyiniz dəyişikliklər prosedurun daha effektiv olması və sahibkarların biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə baş verib. Dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki istənilən alıcıya ixrac etmək imkanı əldə edir. Bundan başqa, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi isə sadələşdirilib.
Qaydalara edilmiş dəyişikliklərin müsbət təsirləri özünü həm də onda göstərir ki, 2022-ci ilin may ayında təminat tələbinin məcburiliyinin aradan qaldırılmasından sonra prosedurdan daha aktiv istifadə edilməyə başlanılıb. Eyni zamanda, 2023-cü ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında da prosedurdan istifadə imkanının yaradılmasından sonra əvvəlki dövrlərdə daxildə emal rejimindən istifadə edə bilməyən yeni müəssisələr prosesə qoşulub. Bu da ümumilikdə ixrac fəaliyyətinin genişlənməsində mühüm amildir.
- Daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində hansı artım baş verib?
Hesablamalar göstərir ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib.
Sahibkarlar prosedurdan istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə birbaşa və ya yerli gomrük orqanlarına müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)

















