“Mələk İnvestorlar Məktəbi”nin növbəti qrup üçün təlim sessiyalarına qeydiyyat başladı
“Technovate-Sabah Mələk İnvestorlar Klubu” Fərid İsmayılzadə tərəfindən təsis edilmiş “Mələk İnvestorlar Məktəbi”nin ikinci mərhələsi üzrə 15-17 may tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlim sessiyalarına erkən qeydiyyatı açıq elan edib.
Mələk İnvestorlar Məktəbinin məqsədi ölkədəki mələk investorların ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə praktiki biliklərə yiyələnməsini təmin etməkdir.
Proqramdan məzun olmuş iştirakçılar “Technovate-Sabah Mələk İnvestorlar Klubu”na bir illik pulsuz üzvlük haqqı qazanaraq daha çox inkişaf etmiş ölkələr, xüsusilə də ABŞ startaplarına investisiya qoymaq imkanı əldə edəcəklər.
Sözügedən məktəbdə tədris alan şəxslərə startaplardan ibarət portfel yaratmaq, seçimləri düzgün aparmaq və maksimum uğurlu nəticələr əldə etmək istiqamətində nəzəri biliklər öyrədiləcək. Məktəbdə dərslər ABŞ-dan olan ekspertlər və eləcə də yerli mütəxəssislər tərəfindən ingilis dilində həyata keçiriləcək.
Təlimlərə qeydiyyat müddəti mayın 1-nə qədər nəzərdə tutulub.
Martın 31-nə qədər erkən qeydiyyatdan keçən şəxslər 20 faizlik endirim imkanı qazanacaqlar.
Məktəb haqqında daha ətraflı məlumatı isə www.angelinvestor.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, hazırda “Technovate-SABAH Mələk İnvestorlar Klubu”na 124 yerli investor üzvdür və onlardan 109-u “Mələk İnvestorlar Məktəbi”nə qeydiyyatdan keçərək 6-8 dekabr tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçirilmiş təlimlərə cəlb olunaraq mələk investisiya sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər.
Layihənin uğurlu icrası və davam etdirilməsi ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfələr verir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 27 d. əvvəl
- 36 d. əvvəl
-
47 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)






.jpg)




