“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb, Sədr seçilib
Pərviz Vəliyev Müşahidə Şurasının sədri seçilib.“Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 23 fevral tarixində ümumi yığıncağı keçirilib. Yığıncaqda şirkətin qarşısında duran bir sıra mühüm və cari vəzifələr, fəaliyyət istiqamətləri müzakirə edilib.
Yığıncaqda şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçiliyin müasir korporativ standartlara uyğun şəkildə təkmilləşdirilməsi və “Crystal Group of Companies” ASC-nin fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi məqsədilə Müşahidə Şurası və İdarə Heyəti seçilib.
Yığıncaqda müəyyən edilib ki, Müşahidə Şurasının sədr də daxil olmaqla 3 nəfərdən ibarət üzvü seçilsin, Müşahidə Şurasının sədri vəzifəsinə “Azəraqrartikinti” ASC-nin sədr müavini Pərviz Vəliyev seçilib.
Pərviz Vəliyev 1982-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit və Bakı Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə Fəlsəfə doktorudur.
Uzun illər Azərbaycan Respublikası Maliyyə Nazirliyi strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib.
“Crystal Group of Companies” ASC 20 ildən artıqdır ki, ölkənin beton, mebel istehsalı, tikinti-inşaat və plastik qapı-pəncərə sistemləri sahəsində fəaliyyət göstərir. Adı çəkilən sektorlarda, xüsusən də inşaat, beton və mebel istehsalı sektorunda layiqli yer tutan qabaqcıl şirkət respublika əhəmiyyətli bir sıra böyük layihələrin uğurlu icraçısı olub və ölkəmizin inşaat sektorunun çiçəklənməsinə öz layiqli töhfəsini verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

