ABB daha bir vacib maliyyə xidmətini də rəqəmsallaşdırdı!
(®) Müştərilərin universal maliyyə tərəfdaşı olan ABB ehtiyacları nəzərə alaraq daha bir rəqəmsal həlli bazara təqdim edib. Artıq daşınmaz əmlakın icbari sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Müştərilər bu sığorta məhsulunu rəqəmsal təcrübə ilə tətbiqdən ala bilərlər.
Beləliklə, ABB mobile istifadəçilərə bu imkanı yaradan ilk bank tətbiqi olub. ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb.
Daşınmaz əmlak icbari sığorta edilərkən yanğın, təbii fəlakətlər və digər səbəblərdən əmlaklara dəymiş ziyan ödənir. Beləliklə, əmlak sahibinin gəliri qorunur, maddi ziyana düşməsinin qarşısı alınır.
Bu sığorta məhsulundan başqa digər müxtəlif sığorta növlərini, o cümlədən avtomobil sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Bu məhsulları tətbiqdən almağın üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir.
Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)









