“Technest” Təqaüd Proqramı yeni qeydiyyat başladı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı ölkə üzrə yeni qeydiyyat dalğasını elan edir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır. Bununla yanaşı, bu tədris dalğasında 2 yeni beynəlxalq tərəfdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar: https://technest.idda.az/
Son qeydiyyat tarixi 7 aprel 2024-cü ildir.
Qeyd edək ki, bu tədris dalğası çərçivəsində “Technest” Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əmək haqqı məbləğində müavinətlə ilə təmin olunacaq.
Bununla yanaşı, Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində məhkum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucqar kəndlər və internat evlərindən şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqaüdlü təhsilə cəlb olunacaq.
Xatırladaq ki “Technest” Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. “Technest” üzə 2021-ci ildə — 671, 2022-ci ildə — 782, 2023-cü ildə — 4006 nəfərə təqaüd ayrılıb. 2024 –cü ildə 5000 nəfərə təqaüd verilməsi hədəflənir. Bununla yanaşı, proqram çərçivəsində ötən dalğada 29 region üzrə 1300 nəfərdən çox şəxsə təqaüd verilib. Əlavə olaraq, “Technest” təqaüd proqramı çərçivəsində 2 tərəfdaşla birlikdə ümumi olaraq 40 nəfərin xaricdə təhsil istiqamətində hazırlıqları həyata keçirilir. Məktəbliləri istisna etməklə “Technest” məzunların məşğulluq səviyyəsi hazırda 90%-dən yuxarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



