Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna 80 milyon ABŞ dolları dəyərində layihələr təqdim edilib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda ümumi dəyəri 80 milyon ABŞ dolları olan layihələr nəzərdən keçirilir.
Qırğızıstan KİV-ləri xəbər verir ki, bu barədə fondun rəhbəri Almaz Mambetov bildirib.
“Hazırda bu layihələri nəzərdən keçiririk. Amma onların yenidən hazırlanması üçün geri göndərə, yaxud bəzilərindən imtina edə bilərik. Təqdim edilən layihələrin əksəriyyəti turizmin inkişafına yönəlib”, - o qeyd edib.
A.Mambetov qeyd edib ki, 1 milyon ABŞ dollarına qədər olan layihələr nəzərdən keçirilir və belə layihələrlə bağlı qərar idarə heyəti tərəfindən verilir: “1 milyon ABŞ dollarından yuxarı olan layihələrlə bağlı qərar isə direktorlar şurası tərəfindən verilir”.
Xatırladaq ki, 2022-ci il oktyabrın 11-də Qırğızıstanın paytaxtı Bişkekdə “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir, qərargahı Bişkekdə yerləşir. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



