Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verib
Layihə çərçivəsində ilk təlim qadın cəzaçəkmə müəssisəsində baş tutub.(®) Azercell və “Ümidli Gələcək” İB Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində təlim keçiblər. Penitensiar Xidmətin dəstəyi ilə baş tutan təlimə 100-ə yaxın qadın qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka, yeni iş imkanları mövzularında çıxış ediblər, sonda isə qadınları maraqlandıran suallar cavablandırılıb. Təlimin əsas məqsədi məhbusların azadlığa çıxdıqdan sonra cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.
Təlim iştirakçılarına həmçinin “Qadın Dəstək Xətti” barədə məlumat verilib. Onlara gələcəkdə bu xidmətdən yararlanmaq tövsiyə edilib.
Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılmış “Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram, həmçinin İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
43 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)








