ABŞ-ın texnologiya nəhəngi “Nvidia” yeni süni intellekt çipini təqdim edib
ABŞ-ın texnologiya nəhəngi “Nvidia” bəzi əməliyyatları əvvəlki çiplərdən 30 dəfə daha sürətli yerinə yetirən yeni süni intellekt çipini təqdim edib.
“BBC” xəbər verir ki, “B200 Blackwell” çipi şirkətin illik proqram konfransında CEO Jensen Huang tərəfindən təqdim olunub.
“Nvidia” ABŞ-da “Microsoft” və “Apple”dan sonra üçüncü ən mühüm şirkətdir. Onun səhmləri keçən il 240 faiz dəyər qazanıb və bazar dəyəri keçən ay 2 trilyon dollara yaxınlaşıb. Açılış toplantısında iştirak edən “Technalysis Research”dən Bob O'Donnell bildirib ki, uzun müddətdir texnologiya bazarında bu qədər həyəcan görməmişdik. “Nvidia” – “Amazon”, “Google”, “Microsoft” və “OpenAI” kimi bəzi əsas müştərilərinin bu yeni çipi bulud xidmətlərində və öz süni intellekt məhsullarında istifadə etmələrini gözlədiklərini açıqlayıb. Yeni proqram vasitələrinin təqdim olunduğu toplantıda “mikro xidmətlər” adlanan proqram təminatının şirkətlərin süni intellekt modellərini bizneslərinə inteqrasiyasını asanlaşdıracağı bildirilib.
Konfransda təqdim olunan məhsullar arasında avtomobillərdəki chatbotlarda istifadə ediləcək bir sıra yeni çiplər də mövcuddur. Çinin elektrikli avtomobil istehsalçıları “BYD” və “Xpeng”in öz avtomobillərində bu çiplərdən istifadə edəcəyi açıqlanıb. Huanq insanabənzər robotların hazırlanmasında istifadə ediləcək bir sıra yeni çipləri təqdim edərkən səhnədə robotlarla müşayiət olunub. 1993-cü ildə Tayvan əsilli investor Kensen Huang tərəfindən yaradılan “Nvidia”, xüsusilə kompüter oyunlarında istifadə olunan qrafik çiplərin istehsalçısı kimi tanınırdı. Süni intellektin bu qədər populyarlaşmasından əvvəl şirkət - çiplərinə maşın öyrənmə xüsusiyyətləri əlavə etməyə başladı.
“Nvidia” hazırda süni intellekt texnologiyasını izləmək üçün əsas şirkət hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)

