Unicapital “TEDxBHOS” konfransına sponsorluq etdi
(®) 21.04.2024-cü il tarixində Bakı Ali Neft Məktəbinin təşəbbüsü əsasında ölkəmizdə 4-cü dəfə TED-in rəsmi lisenziyası ilə TEDxBHOS konfransı keçirilib.
Tədbirdə müxtəlif sahələrdə uğur qazanmış, ölkəmizdə və qlobal miqyasda tanınmış 10 spiker çıxış edib. Konfransda şəxsi və karyera inkişafı mövzusunun müxtəlif və az bilinən istiqamətləri işıqlandırılıb.
Son dövrlərdə ölkəmizdə gənclərin maarifləndirilməsi və inkişafı istiqamətində təqdirəlayiq addımlar atan Unicapital İnvestisiya Şirkəti, tədbirin ərsəyə gəlməsində sponsor olaraq öz töhfəsini verib.
Konfransda gənclərin investisiya sahəsinə böyük rəğbət və marağının olduğu müşahidə edilib.
Xatırladaq ki, bir müddət öncə “Unicapital” ikili əməkdaşlıq çərçivəsində “ADA” Universitetinin tələbələri ilə də “Kapital bazarları” mövzusunda seminar həyata keçirmişdi.
Bütün bunlar, “Unicapital İnvestisiya Şirkətinin” ASC gənc nəslin investisiya sahəsi üzrə maarifləndirilməsini şirkətin uzun vədəli inkişaf perspektivlərində yer alan əsas prioritetlər cərgəsinə qoymasının bariz nümunəsidir.
Qeyd edək ki, “Unicapital” İnvestisiya Şirkəti artıq 17 ildir ki, fond bazarlarının peşəkar iştirakçısı kimi fəaliyyət göstərir. Nizamnamə Kapitalı 100%-lik “Unibank”-a məxsus olan şirkət, hazırda 800 000-i aşqın müştəri bazası ilə ölkəmizdəki ən böyük müştəri sayına sahib investisiya şirkətidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
7 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 d. əvvəl
- 12 d. əvvəl
- 51 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























