AYNA Bakıda daha bir yolda hərəkəti yenidən təşkil edir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən ikincisinin icrasına başlanılıb.
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir.
Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata keçirilir.
Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları Heydər Əliyev prospektindən istifadə edib, “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edir.
AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi, Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur. Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalacaq.
Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46% artmaqla, hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və karbon emissiyası böyük miqyasda azalacaq.
Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində yaranan sıxlıq halları da azalacaq.
Qeyd edilib ki, həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)


