Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı
Lider mobil operator uşaq evinin sakinlərində mütaliəyə həvəs yaradır(®) “Azercell Telekom” MMC-nin təşkilatçılığı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və “S.E.N.S.U.M by Amapola” şirkətinin dəstəyi ilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan 6-10 yaşlı bir qrup uşaq üçün tədbir baş tutdu. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirilən layihə balacalara bayram əhvali-ruhiyyəsi yaşatmaqla yanaşı, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq və yaradıcılıq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına yönəlik xüsusi proqramla yadda qaldı.
Belə ki, uşaqlar tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fatehin təqdimatında Yusif Vəzir Çəmənzəminlinin “Əziz” və Əli Vəliyevin “Eyvazın yazısı” əsərləri ilə tanış oldular. Görüşdə balacalar üçün maarifləndirici oyunlar da təşkil edildi. Azercell tərəfindən həm tədbirdə iştirak edən, həm də adıçəkilən müəssisədə məskunlaşan digər uşaqlara hədiyyələr paylanıldı. Səsləndirilən kitablar “Bookmate” və “Litres” proqramlarına da yüklənildi.
Xatırladaq ki, mədəni irsin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell “Kitab Klubu” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Tədbirlər müxtəlif yaş kateqoriyasına aid auditoriyanı əhatə edərək həm böyüklər, həm də balacalar üçün təşkil olunacaq. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən uşaq evləri də ziyarət ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
17 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
31 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 39 d. əvvəl
- 43 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)



.jpg)

