Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ dolları çərşənbə axşamı avro və funt-sterlinqə qarşı ucuzlaşaraq aprel ayından bəri ən aşağı həddə çatıb. ABŞ-da iqtisadi məlumatların zəifləməsi Federal Ehtiyatlar Sisteminin faiz endirimlərini ən qısa zamanda həyata keçirəcəyi ilə bağlı ehtimalları gücləndirib. Dünən dərc edilən statistik rəqəmlərə əsasən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi ardıcıl ikinci ay yavaşlayıb və tikinti xərclərində gözlənilməz azalma oldu.
Bu məlumatların açıqlanmasından sonra, sentyabr ayına qədər faiz dərəcəsinin azaldılması ehtimalı təxminən 59.1%-ə yüksəldi. Bu, həftənin əvvəlindəki 50%-dən bir qədər az olan, keçən cümə günü 55% olaraq qiymətləndirilən ehtimalla müqayisədə əhəmiyyətli artım deməkdir.
Bazar iştirakçıları indi diqqətlərini cümə günü açıqlanacaq və cari iqtisadi şəraitlə bağlı daha çox məlumat verəcəyi gözlənilən ABŞ əmək bazarı rəqəmlərinə yönəldiblər. Analitiklər Federal Ehtiyatlar Sisteminin yüksək faiz siyasətinə və onun iqtisadiyyata təsirinə diqqət çəkərək, məşğulluq məlumatlarının iqtisadi gərginliyin qiymətləndirilməsində əsas rol oynayacağını irəli sürürlər.
Bir qisim analitiklər isə əksinə, FED-in noyabr iclasında faiz dərəcələrini 0.25% artıracağı və ilin sonuna qədər monetar siyasəti cəmi 41 baza bəndi sərtləşdirəcəyini iddia edirlər. İqtisadçıların fikrincə noyabr ayı Federal Ehtiyatlar Sisteminin kritik iclası və ABŞ-da prezident seçkiləri fonunda ABŞ dolları üçün dəyişkən bir dövr ola bilər.
FED-in növbəti iclası istehlak qiymətləri məlumatlarının açıqlanması ilə üst-üstə düşərək iyunun 12-də başa çatacaq. Bu görüşdə monetar siyasətdə hər hansı bir dəyişiklik gözlənilməsə də, rəsmilər yenilənmiş iqtisadi və faiz siyasəti proqnozlarını təqdim edəcəklər.
Avro, funt-sterlinq və yen daxil olmaqla altı əsas valyuta qarşısında dolların dəyərini ölçən dollar indeksi cüzi - 0.05% - geriləyərək 103.99 bəndə düşüb. Avro 0.11% bahalaşaraq martın 21-dən bu yana ən yüksək həddi olan 1.0915$-a, funt-sterlinq isə 0.05% artaraq 1.2814$-a yüksəlib və martın 14-dən bəri ən güclü səviyyəsinə çatıb. USDJPY məzənnəsi isə mayın 21-dən bəri ilk dəfə 156¥ səviyyəsinin altına düşüb.
Avropa Mərkəzi Bankının cümə axşamı keçiriləcək iclasında faiz dərəcələrini aşağı salacağı proqnozlaşdırılır, lakin son inflyasiya məlumatları siyasətçilərin növbəti faiz endiriminin vaxtını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Bundan əlavə, İngiltərə Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankı ayın sonunda potensial əhəmiyyətli siyasi görüşlər keçirəcək.
Digər valyutalara gəldikdə isə, Yeni Zelandiya dolları ABŞ dolları qarşısında 0.6194$-a kimi bahalaşaraq, martın 8-dən bəri ən yüksək həddə çatıb. Avstraliya dolları 0.6690$ səviyyəsində sabit qalaraq, iki həftənin ən yüksək səviyyəsi olan 0.6695$-a yaxın mövqeyini qoruyub.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
8 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
8 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)



.jpg)

