Kanada Çin istehsalı elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır
Ottava Çin istehsalı olan avtomobillərin Şimali Amerika ölkəsinin bazarını tuta biləcəyindən narahatdır.Kanada hökuməti ABŞ və Avropa İttifaqından sonra Çindən elektriklə işləyən avtomobillərin idxalına tariflər tətbiq etməyi planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo hökuməti Qərb ölkələrinin təzyiqləri fonunda ABŞ və Avropa İttifaqından nümunə götürərək, Çinin elektromobillərinə tariflərin tətbiqi məsələsi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələrin başlandığını tezliklə elan edə bilər.
Agentliyin məlumatına görə, 2023-cü ildə Vankuver limanına Çin istehsalı olan təxminən 44 400 avtomobil göndərilib ki, bu da əvvəlki rəqəmlərdən 5 dəfə çoxdur. “Bloomberg” yazır ki, hökumət Çin elektromobillərinin Kanada bazarını ələ keçirə biləcəyindən narahatdır.
"Canadian Press" daha əvvəl məlumat vermişdi ki, Kanada hakimiyyəti ABŞ-dan sonra Çindən gələn elektrik avtomobillərinə əhəmiyyətli rüsumlar tətbiq edə bilər. Qeyd edilmişdi ki, Ottava artıq bu məsələni nəzərdən keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Tesla-dan böyük qiymət endirimi
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















