Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə yeni tariflər
İctimai nəqliyyat vəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.
Marja.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda deyilir:
Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:
-Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
-Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
-Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.
Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib (əlavə olunur). Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi
Marşrut |
Məsafə (dövrün uzunluğunun yarısı) | Tarif (manat) |
Şəhərdaxili (rayondaxili) | məsafədən asılı olmayaraq | 0,50
|
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi
Bir gediş üzrə | 0,50 manat |
Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri
Marşrut | Məsafə (dövrün uzunluğunun yarısı) | Tarif (manat) |
I | II | III |
Şəhərətrafı və qəsəbələrarası | 15 km-dək (15 km daxil olmaqla) | 0,50 |
15 km-dən 30 km-dək (30 km daxil olmaqla) | 0,60 | |
30 km-dən 40 km-dək (40 km daxil olmaqla) | 0,70 | |
40 km-dən 45 km-dək (45 km daxil olmaqla) | 0,80 | |
45 km-dən 50 km-dək (50 km daxil olmaqla) | 1,00 | |
50 km-dən yuxarı | 1,10 |
Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)
№ | İstiqamətlər | Tariflər (ƏDV daxil, manatla) |
1. | Bakı-Naxçıvan / Naxçıvan-Bakı | 70.00 |
2. | Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan | 60.00 |
3. | Bakı-Gəncə / Gəncə-Bakı | 84.00 |
4. | Bakı-Qəbələ / Qəbələ-Bakı | 65.00 |
5. | Bakı-Füzuli / Füzuli-Bakı | 78.00 |
6. | Bakı-Zəngilan / Zəngilan-Bakı | 83.00 |
7. | Bakı-Lənkəran / Lənkəran-Bakı | 65.00 |
8. | Bakı-Zaqatala / Zaqatala-Bakı | 84.00 |
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi





















