“Azərişıq”, “Azərsu” və “Azəriqaz” kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür
Artıq vətəndaşlar “Azərişıq Makel” ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə bilərlər.
Marja xəbər verir ki, bunu “MPAY” şirkətinin Biznesin inkişafı və İnnovasiyalar şöbəsinin rəhbəri Rüfət Aslanov bildirib.
“Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə "AzəriQaz Gallus" və "Zenner", "Azərsu" NFC kartlarının onlayn ödəmə imkanını təqdim etmişik. Bu dəfə də ənənəmizə sadiq qaldıq, müştərilərimiz üçün "Azərişıq Makel" ödənişlərinin mobil cihaz vasitəsilə mümkünlüyünü təmin etdik.
Artıq vətəndaşlar “Azərişıq Makel” ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə biləcəklər. Bunun üçün sadəcə “MPAY” mobil tətbiqini “App Store” və ya “Play Store”dan yükləmək kifayətdir. Daha sonra tətbiqdə qeydiyyatı tamamlayıb kommunal ödənişlər bölməsinə keçid edin. Buradan "Azərişıq Makel" NFC xidmətini seçərək kartı smartfonunuza yaxınlaşdırın və ödənişi tamamlayın” – deyə Rüfət Aslanov bildirib.
Qeyd edək ki, bütün kommunal xidmətlər üzrə NFC kart ödənişlərini mobil tətbiqimiz vasitəsilə etmək mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























