Sərnişinlərin 53%-ni 38 aviaşirkət, 47%-ni AZAL tək daşıyıb
Bakı hava limanında 2024-cü ilin birinci yarısında sərnişin axını 40% artıb2024-cü ilin 6 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi əhəmiyyətli şəkildə artaraq 3 milyon 388 milyon nəfərə çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumata görə, bu, 2 milyon 423 milyon sərnişinin daşındığı ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Bu dövr ərzində Bakı aeroportu 17-si aşağıbüdcəli (loukoster) olmaqla, 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət göstərib.
Beynəlxalq marşrutlarda 3 milyon 45 min sərnişin daşınıb. Onlardan 1 milyon 609 min sərnişin (53%) xarici aviaşirkətlərin, 1 milyon 436 min (47%) isə milli aviadaşıyıcının payına düşüb. Ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Dubay və Əbu-Dabi şəhərləri olaraq qalır ki, burada 6 ay ərzində 1 milyon 537 min sərnişinə xidmət göstərilib.
Naxçıvan marşrutu üzrə isə AZAL aviaşirkəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çox - 350 min sərnişin daşınıb. Bu istiqamətdə uçuşların sayında da artım qeydə alınıb. 2024-cü ilin altı ayında 3201 uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövründəki 2243 reysdən 43% çoxdur. Bu dövr ərzində ən çox uçuş iyulun 2-də qeydə alınıb, həmin gün 17 reys yerinə yetirilib. Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik müntəzəm olaraq 13 reys həyata keçirilir, təlabat yüksək olduğda sərnişinlər əlavə reyslərlə təmin olunur.
Bundan əlavə, Bakı Hava Limanının tranzit qovşağı kimi rolu artmaqda davam edir. 2024-cü ilin yanvar-iyun aylarında tranzit sərnişinlərin sayı 142% artaraq 192 min nəfərdən çox olub. Artım xüsusilə 2024-cü ilin iyun ayında nəzərə çarpıb, tranzit sərnişinlərin sayı ötən ilin iyun ayı ilə müqayisədə 4,5 dəfə artaraq 57,7 min nəfər olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
4 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb






















