Unibank ikinci rübün maliyyə nəticələrini açıqlaydı
Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq, 11,5 milyon manata yaxınlaşıb.
Unibank bu gün ölkədə real sektorun maliyyə vəsaiti ilə təmin olunmasında daha çox aktivlik nümayiş etdirən banklardandır. 2024-cü ilin 2-ci rübü ərzində də Bank aktiv kreditləşməni davam etdirərək, ölkə iqtisadiyyatına öz töhfəsini artırıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2023-ci ilin ikinci rübünün nəticələri ilə müqayisədə cari ilin müvafiq dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 92 milyon manat çoxalıb. Bu artımda biznes kreditlərinin xüsusi payı var. Bankın yeni strateji hədəflərinə uyğun olaraq, kredit portfelində real sektora verilmiş kreditlərin payının artırılması “Unibank”ın prioritetləri sırasındadır. İlin əvvəlindən etibarən biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edir. 2023-cü ilin ikinci rübünün yekunu ilə müqayisədə biznes kreditlərinin Bankın ümumi kredit portfelində payı 30 iyun 2024-cü il tarixinə 11,5 % artıb.
Ümumilikdə isə biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 378 milyon manatı ötüb. Bank vəsaitləri ilə KOS və Mikro sahibkarlarına verilən işlək kreditlər son bir ildə 32% artıb.
Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, ölkədəki inkluziv inkişafa töhfə verməkdədir. Qeyd edək ki, bank tərəfindən verilən mikrokreditlərin 80 %-i məhz regionların payına düşür.
Real sektorun kreditləşməsində aktivlik, Bankı seçən biznes müştərilərinin statistikasında, aktiv biznes müştərilərinin sayının artmasında da özünü göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə Unibankı seçən sahibkarların sayında 25%, hüquqi şəxslərin sayında isə 23% artım olub. Son 1 il ərzində Unibankda sahibkarlar tərəfindən açılan onlayn hesablarda 53 %-lik artım qeydə alınıb.
Unibank öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadın sahibkarları dəstəkləməkdə davam edir. Bu sahəyə xüsusi diqqətin nəticəsi olaraq, bank tərəfindən maliyyə vəsaiti ilə təmin olunan qadın sahibkarların sayı ikinci rübün sonuna 5 min nəfəri ötüb.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bank üçün yeni strateji dövrün ilk ili olan 2024-cü ilin birinci yarısında qarşıya qoyulan bir sıra hədəflərə nail olunduğunu bildirib:
”Bu, təkcə kəmiyyət və keyfiyyətin yüksəldilməsinin deyil, həm də müştərilərin banka göstərdiyi inamın, etibarın nəticəsidir. Bu ilin ilk yarısının nəticələrini təhlil edərkən, biz yeni strateji dövr üçün qarşıya qoyduğumuz hədəflərin artıq bir hissəsinə çatdığımızı görürük.. Bankın xidmət və məhsullarının rəqəmsallaşdırılması prosesinin bu il ərzində də davam etdirilməsi, müştəri bazasının artımında özünü göstərib. İstər LeoBankın nümunəsində, istərsə də mikro kreditlərin ayrılmasının planşet üsulu ilə həyata keçirilməsi, əvvəllər bank xidmətlərindən kənarda qalan demoqrafik qruplardan daha çox insanın bankla fəal şəkildə qarşılıqlı əlaqə yaratmasına, sadə əməliyyatlardan mürəkkəb maliyyə məhsullarına qədər xidmətlərdən istifadəsinə imkan yaradıb. Bu addımlar bizim strateji baxışımızın əsas prioritetlərindən olan ESİ (Ekologiya, Sosial məsələlər və Korporativ İdarəetmə) standartlarına uyğundur. İnanırıq ki, yeni hədəflərimizə doğru getdiyimiz yolda 2024-cü il Bankımız üçün əhəmiyyətli illərdən biri olacaq”
İlin ilk yarısı nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. Hesabat dövrünə nağdsız əməliyyatların həcmi isə 41% çoxalaraq, 5,6 milyard manata yaxınlaşıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu ilin 2-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 51 % artaraq, 165 milyonu ötüb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 140 milyon manat artaraq, bu ilin ikinci rübünün yekununda 1 milyard 245 milyon manat təşkil edib.
Hesabat dövründə əsas maliyyə göstəricilərində də artım qeydə alınıb. 30 iyun 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 35 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 22 % artım deməkdir. Hesabat dövrü ərzində Bankın məcmu gəlirləri 20 milyon manat artıb. Bununla da ikinci rübün sonuna faiz və qeyri-faiz gəlirləri 168 milyon manata yüksəlib. Bu artımların fonunda bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq,11,5 milyon manata yaxınlaşıb.
Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 2-ci rübü ilə müqayisədə 20 %-dən çox artaraq, 168 milyon manat olub. 2024-cü ilin ilk yarısında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ikinci rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 12,8 %-i ötüb. Hesabat dövrünün sonuna bankın aktivləri də artaraq, 1 milyard 683 milyon manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 17 saat sonra
-
3 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
3 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
4 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















