Göygöl Şərab Zavodu III Milli Yaylaq Festivalında iştirak edib
(®) 5-7 iyul tarixlərində "Cavad xan" Tarix və Mədəniyyət Fondu ilə "Kap.az" - Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə Şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyilə Göygöl rayonunda III Milli Yaylaq Festivalı keçirilmişdir.
Festival üç hissədən ibarət idi: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm. "Xan yaylağı"-nda orijinal üslubda "Yaylaq yurdu" adlı etnoqəsəbə yaradılmış, yaşayış yurdları ilə yanaşı, Cıdır meydanı, "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" və digər tematik sahələr də mövcud idi. Festivalda çoxsaylı yerli və xarici qonaqlar iştirak etmişdir.
Göygöl Şərab Zavodu da bu festivalda iştirak edərək müasir texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli təbii tərkibə malik şərabları, araq, konyak və şampan məhsullarını təqdim etmişdir. Festivalın yerli və xarici qonaqlarına həm şərabların zəngin dadından həzz almaq imkanı yaradılmış, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri, həm də məhsulların istehsal prosesi haqqında ətraflı məlumat təqdim edilmişdir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim və ən böyük spirtli içki istehsal edən müəssisəsidir. Əsası 1860- cı ildə şvabinq almanlar tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









