Günəş tutulmasında iqtisadiyyat da tutulacaq
Bazar ertəsi günü Şimali Amerikada təxminən 100 il sonra izlənəcək ilk tam günəş tutulması tarixin ən bahalı tutulması ola bilər.
"Marja" xəbər verir ki, "Challenger Grey & Christmas" adlı bir analiz şirkətinin ABŞ İşçi Qüvvəsi Statistik Məlumatlarını əsas götürərək apardığı araşdırmaya görə, ölkədəki 123 milyon işçinin 87 milyonu tutulma əsnasında işdə olacaqdır. Proqnozlara görə, sözügedən personal günəş tutulmasını müşahidə etmək üçün 20 dəqiqələrini ayıracaqlar.
Orta hesabla saatlıq maaşın 23.86 dollar olduğu nəzərə alınmaqla təqdim edilən məlumatlara görə, 20 dəqiqəlik bu fasilə sahibkarlara və dövlətə adambaşına 7.95 dollara başa gələcək. 87 milyon işçinin ümumi məhsuldarlıq itkisi isə 694 milyon dollara çatacaq. Hesablamalar təxmini olsa da, ABŞ-da populyar günlərdə də məhsuldarlıq itkisi baş verir.
Mart çılğınlığı adı verilən NCAA Basketbol Finalları əsnasında iş yerlərinin məhsuldarlıq itkisi 2 milyard dollara çatır. Amerika futbol liqası (NFL) çempionat matçı olan "SuperBowl" da oxşar təsirə malikdir. Belə ki, bir çox şirkət belə günlərdə şəxsi heyətinə 1 günlük icazə verir.
Digər tərəfdən, günəş tutulmasının tam olaraq izlənə bilinəcəyi Nashville, Cənubi Karolina və Oreqonda turist axını və ciddi gəlir də gözləntilər arasındadır.
75 min nəfərin gəlməsi gözlənilən Nashville-də tutulma günündə 15-20 milyon dollarlıq turizm gəliri gözlənilir. Eyni şəkildə Cənubi Karolina 43 milyon dollar gəlir gözləyir. Salem, Oreqon gəlir açıqlamasa da rəsmilərin 300 - 500 min arası turistin bölgəyə axın edəcəyini gözləyir.
ABŞ-da növbəti günəş tutulması 14 Oktyabr 2023-cü il tarixində izlənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























