Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıb
Noyabrın 5-də keçiriləcək prezident seçkilərində ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürüb yerinə tövsiyə etdiyi Kamala Harris son 24 saatda 81 milyon dollar ianə toplayaraq bu sahədə rekord qırıb.Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların prezidentliyə namizədliyinə ən yaxın şəxs olan Kamala Harris rekord səviyyədə ianə toplayıb.
Harrisin komandasının verdiyi açıqlamaya görə, Bayden onu prezidentliyə namizəd göstərdikdən sonra keçən 24 saat ərzində Harrisə 81 milyon dollar bağışlanıb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, sözügedən rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeydə alınıb.
ABŞ-da prezident seçkiləri zamanı toplanan ianələrin miqdarı və donorların sayı seçkinin nəticələri haqqında təsəvvür yaratmaq üçün diqqətlə izlənilir.
Onun Respublikaçı rəqibi Donald Tramp Nyu Yorkda "sus haqqı" məhkəməsində qərar elan edildikdən sonra 24 saat ərzində 50 milyon dollardan çox ianə toplamışdı.
BAYDENİ TƏRİFLƏYİB
ABŞ-ın vitse-prezidenti Kamala Harris Baydenin yarışdan çəkildiyini və onun yerinə namizədliyini irəli sürdüyünü elan etdikdən sonra ilk dəfə ictimai proqramda çıxış edib.
Baydeni tərifləyən Harris, "Baydenin bir müddətli prezidentliyindəki uğur mirası artıq iki müddətə xidmət etmiş əksər prezidentlərin mirasını üstələyib" deyib.
Baydenin "dürüstlük, namus, iman və ölkəsinə bağlılıq" keyfiyyətlərinin hər gün şahidi olduğunu qeyd edən Harris, "Prezidentimiz Co Baydenə, Amerika xalqına və millətimizə göstərdiyi xidmətlərə görə dərin minnətdarıq" deyib.
Əlavə edək ki, milyarder investor Corc Soros da Harrisi dəstəklədiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)















.jpg)


