Yerli istehsalçılar heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsini istəyir
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi, ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxslərinin və ölkənin aparıcı qida və içki istehsalı şirkətlərinin rəhbərlərinin iştirak etdiyi görüşdə qida və içki sektorunun inkişafına dəstək mexanizmləri, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qida və içki sənayesində çalışan şirkət və sahibkarların vahid assosiasiyada birləşməsi bu sahənin inkişafına müsbət təsir göstərən amillərdir. Qida istehsalının ölkənin ərzaq təhlükəsizliyinin tərkib hissəsi olduğunu xatırladan nazir ölkəmizdə bu sahədə yürüdülən dövlət siyasəti, dəstək mexanizmləri, ixracın təşviqi, sahibkarlara güzəştlər və başqa məsələlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində Assosiasiyanın iştirakını xatırladan nazir AQİSA-da təmsil olunan şirkətlərin yerli və beynəlxalq sərgilərdə davamlı iştirakının vacibliyini vurğulayıb.
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, Assosiasiyanın əsas məqsədi qida və içki sənayesində fəaliyyət göstərən sahibkarların maraqlarını qorumaq və bu sektorun inkişafına nail olmaqdır. Assosiasiyada ölkəmizdə fəaliyyət göstərən qida və içki istehsalı üzrə ixtisaslaşmış sənayeçilərin, pərakəndə satış, idxal və ixracla məşğul olan sahibkarların birləşdiyini deyən Emin Dostiyari, əsas missiyalarının ölkənin iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını və innovasiyaları təşviq etmək olduğunu bildirib.
Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi, ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








