Arıçılar dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsini istəyirlər
Görüşdə arıçılıq sahəsində ixtisaslı kadr hazırlığı, bu sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, azad olunmuş ərazilərin yay otlaqlarının mövcud potensialından arıçılığın inkişafı üçün səmərəli istifadə, damazlıq təsərrüfatların fəaliyyətinin dəstəklənməsi, sərgi-satış yarmarkalarının daha səmərəli təşkili və sahənin digər aktual mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.Nazir Məcnun Məmmədov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə arıçılıq sahəsində mövcud vəziyyət və bu sahənin inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov bildirib ki, ölkəmizdə arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə ciddi təsir göstərir. Bu səbəbdən dövlət tərəfindən arıçılığın subsidiyalaşdırılması istiqamətində müvafiq addımlar atılıb, 2018-2023-cü illərdə hər arı ailəsinə görə arıçı fermerlərə subsidiya ödənilib. Dövlət dəstəyi sayəsində ölkəmizdə həm arı ailələrinin, həm arıçılıqla məşğul olan şəxslərin sayında ciddi artım olub. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının qərarı ilə arıçılıqda istifadə olunan avadanlıq və texnikalar “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib. Artıq uzun illərdir ki, ölkəmizdə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə dəstəyi ilə arıçılıq məhsullarının sərgi-satış yarmarkalarının təşkil olunduğunu deyən nazir bu tədbirin arıçıların gəlirlərinin formalaşmasında, həmçinin əhalinin arıçılıq məhsullarına olan tələbatlarının ödənilməsində mühüm rol oynadığını vurğulayıb. Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin təşkili çərçivəsində 4 il əvvəl Kəlbəcər və Laçın yaylaqlarına ilk arıçılıq təsərrüfatlarının köçürüldüyünü xatırladan nazir bildirib ki, artıq azad olunmuş ərazilərdəki digər yay otlaqlarına da təsərrüfatları köçürmək imkanları yaradılıb.
Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov rəhbərlik etdiyi ictimai qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib, son illər arıçılıqda əldə olunan nailiyyətlərdə bu əməkdaşlığın xüsusi rol oynadığını deyib. Assosiasiyada Azərbaycanın 50-dək rayonundan 20 mindən çox arıçının təmsil olunduğunu deyən Bədrəddin Həsrətov əsas missiyalarının ölkədə arıçılığın daha da inkişafına dəstək olmaq olduğunu vurğulayıb. Assosiasiya sədri bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib, respublikanın müxtəlif bölgələrində xarici ölkələrdən dəvət olunmuş nüfuzlu arıçıların iştirakı ilə çoxsaylı təlimlər, konfranslar keçirildiyini xatırladıb.
Görüşdə arıçılıq sahəsində ixtisaslı kadr hazırlığı, bu sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, azad olunmuş ərazilərin yay otlaqlarının mövcud potensialından arıçılığın inkişafı üçün səmərəli istifadə, damazlıq təsərrüfatların fəaliyyətinin dəstəklənməsi, sərgi-satış yarmarkalarının daha səmərəli təşkili və sahənin digər aktual mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq struktur bölmə və şöbələrə tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















