Azərbaycana Hindistan, Cənubi Koreya və Çindən gələnlərin sayı 2 dəfədən çox artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Ukrayna və Küveyt, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla İsrail və Oman, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil etmişdi
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,3 dəfə, Çindən - 2,1 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 49,7 faiz, Omandan - 47,0 faiz, İrandan - 46,5 faiz, Səudiyyə Ərəbistanından - 42,8 faiz, İtaliyadan - 38,7 faiz, Yəməndən - 35,9 faiz, Türkmənistandan - 33,0 faiz, Polşadan - 31,8 faiz, Küveytdən - 29,3 faiz, Misirdən - 29,2 faiz, Özbəkistandan - 25,6 faiz, ABŞ-dan - 21,9 faiz, Ukraynadan - 20,5 faiz, Türkiyədən - 19,6 faiz, Almaniyadan - 19,3 faiz, Tacikistandan - 17,8 faiz, Rusiya Federasiyasından - 16,9 faiz, Bəhreyndən - 14,3 faiz, Fransadan - 13,5 faiz, Gürcüstandan - 11,8 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 7,5 faiz artmışdır.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 faiz artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 faiz artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 576,1 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,0 faizi hava, 23,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1 faiz artaraq 1223,0 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























